"Neftçi"dən ayrılan Filip Ozobiç karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Rekord.az-a daxil olan məlumata görə, xorvatiyalı futbolçu "Sumqayıt"la danışıq aparır.

Daha doğrusu, ona "Sumqayıt"da oynamaq təklif olunub və Ozobiç də buna etiraz etməyib. Lakin bir məsələ var ki, milliləşdirilmiş xorvatın tələb etdiyi maaş "Sumqayıt"ın büdcəsi ilə tərs mütənasib ola bilər. Ozobiç "Neftçi"də aylıq 40 min dollar maaş alırdı. Sumqayıt təmsilçisi isə ona 10-12 mindən artıq maaş verə bilməz.