Özbəkistanda 4-cü yer
- 28 Apr 2026 23:38
- 31
10-14 may tarixlərində keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlaşan şose velosipedi üzrə yığma komandamız Özbəkistanda təşkil olunan “Tour of Bostonliq” yarışında iştirak edir.
Rekord.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı 2 mərhələli yarışında məşqçi Elçin Əsədovun rəhbərliyi altında 6 velosipedçimiz mübarizə aparır.
Yarışın 1-ci mərhələsində idmançılarımızdan ən yüksək nəticəni Musa Mikayılzadə göstərib - o, ağır dağ marşrutu üzrə 146 km məsafəni 3 saat, 27 dəqiqə, 55 saniyəyə qət edərək, starta çıxan 87 velosipedçi arasında 4-cü olub. 2-ci mərhələdə iştirakçılar 163 km məsafə qət edəcəklər.
Musa Mikayılzadə bir neçə gün əvvəl Özbəkistanda təşkil olunan 2.2 kateqoriyalı “Grand Prix Fergana” yarışında ümumi təsnifatda 5-ci olmaqla 15 reytinq xalı da qazanıb.