
Ozan Canlı "Volendam"dan heç-heçə
- 20:00
- 42
Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün də formasını geyindiyi "Volendam" yay təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oununa çıxıb.
Rekord.az xəbər verir ki, komanda “Norviç” (İngiltərə) ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Kökçü də bu görüşdə iştirak edib. O, meydana start heyətində daxil olub və 80-cı dəqiqədə əvəzlənib.
"Volendam" növbəti mövsümdən Niderlandın əsas liqasında mübarizə aparacaq. Ozan Can Kökçü isə mayın 27-də bu klubla 1+1 illik müqavilə imzalayıb.