“Oyunçularımla fəxr edə bilərəm” - Kandido
- 20:00
- 25
"Sumqayıt" Misli Premyer Liqasının 13-cü turunun oyununda "Azersun Arena"da "Qarabağ"a 2:4 hesabı ilə məğlub olub.
Rekord.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Filipe Kandido matçdan sonra keçirilən mətbuat konfransında jurnaliatlərin suallarını cavablandırıb:
- Oyunçularımla fəxr edə bilərəm. Onlar hər stadionda, hər rəqibə qarşı sona qədər oynamağı bacarırlar. Birinci hissədə bərabər səviyyəli oyun keçdi. Təbii ki, rəqib topa bizdən daha çox sahib idi. Amma ilk 40 dəqiqədə çox yaxşı, intizamlı oyun göstərdik. İlk yarının son 5 dəqiqəsində təəssüf ki, 2 fərdi səhv etdik. "Qarabağ"ın çox keyfiyyətli futbolçuları var. Onlar ən xırda səhvdən belə yararlanmağı bacarırlar. Nəticədə ilk hissəni məğlub bitirdik. Fasilədə uşaqlara dedim ki, qorxunu üzərlərindən atsalar, geridönüş edə bilərik. Elədik də, hesab bərabərləşdirdik. lakin sonradan enerjimiz tükəndi və məğlub olduq. İnanıram ki, bundan sonra həm "Qarabağ"a, həm də digər komandalara qalib gələ bilərik.
- "Zirə" ilə oyunda da, bugünkü matçda da 2 qol vursaz da, sonda məğlub olduz. Futbolçular rəqibdən çəkinir, yoxsa komandanın gücü çatmır?
- Haqlısız. 2 qol vurduqdan sonra nəsə etməliyik, ən azından 1 xal qazanmalıyıq. Mövsüm başlayandan komandamız tam heyət olmayıb, həmişə itkilərimiz olub. İlk oyundan sonra Səbuhi Abdullazadəni, Jeam Oliveyranı itirdik, bu gün Lukas Blek, Mamadi banqre oynamırdı. Özünüz də gördüz ki, son dəqiqələrdə "Sumqayıt" akademiyasının 4 yetirməsini meydana buraxdıq. Çətindir, biz də öyrənirik. Düşünürəm ki, komandam hesabda önə keçəndən sonra həm tempi, həm vaxtı idarə etməyi öyrənməlidir. Hər şey həmişə idman nəticələri ilə ölçülmür. Futbolçularıma demişəm ki, həyatlarında, karyeralarında əzmkarlıq olmalıdır. Bu gün bunu gördüm və şad oldum.
- "Şəfa" ilə xal fərqi azalıb. narahatlığınız yoxdur?
- Adətən bu turlarda turnir cədvəlinə baxmağı çox da sevmirəm. Hər oyunda xal qazanmaq və daha yüksək pillələrdə qərarlaşmaq üçün çalışırıq. Tunir cədvəlinə mövsümün sonunda baxarıq. Ümid edirəm ki, yuxarı pillələrdə qərarlaşacağıq. (Sportal)