
Ölkə çempionatında ilk qaliblər məlum oldu
- 13:40
- 38
“Şüa” İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir.
Rekord.az xəbər verir ki, artıq komanda yarışlarında qalib və mükafatçılar məlumdur.
Kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb. “Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutub. Qadınların yarışından “Sumqayıt-1” komandası qalib ayrılıb. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıb. Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər. Yarışa mayın 17-də yekun vurulacaq.