NTD basketbol klubu Hüseyn Məmmədovu transfer edib.


Bu barədə Rekord.az-a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.


18 yaşlı basketbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.


Qeyd edək ki, Hüseyn Məmmədov 2024/2025 mövsümündə NTD-nin şərəfini qoruyub. Basketbolçu son olaraq "Sabah" klubunun heyətində çıxış edib.