"Neftçi"nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin dördüncü qrupunda Türkiyənin "Fomget" klubuna qarşı keçirəcəyi matçın hakimləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, yarımfinal görüşü İsveç və Belçikadan olan hakimlər briqadasına tapşırılıb.


Görüşün baş hakimi isveçli Hanna Lajaanen olacaq. Ona həmyerlisi Yilan Taher və belçikalı Marqot Yakobs yarım edəcək. Belçikalı digər referi Yana Van Lare isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.


Qeyd edək ki, Albaniyanın paytaxtı Tiranada baş tutacaq "Fomget" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" qalib gələcəyi təqdirdə, Finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə qələbə qazanan tərəf isə II təsnifat mərhələsinə adlayacaq.