
"Neftçi"nin Polşada keçirəcəyi ilk yoxlama oyunu “Neftçi TV”də
- 16 İyl 2025 23:36
- 44
“Neftçi” iyulun 17-də Polşa təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq. “Ağ-qaralar” İsrailin “Hapoel Təl-Əviv” klubu ilə qarşılaşacaq. Matçın başlanma saatı və keçiriləcəyi yer də artıq müəyyənləşib. Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.Rəqib komandanın istəyinə əsasən görüş qapalı keçiriləcək. Matç “Neftçi TV” ilə canlı yayımlanacaq.Qeyd edək ki, “Neftçi” digər sınaq matçlarında iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.