Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Tiflis “Dinamo”suna qarşı keçirəcəyi cavab matçının vaxtı açıqlanıb.

Rekord.az xəbər verir ki, iyulun 14-də “Bakcell Arena”da baş tutacaq görüşə saat 21:00-da start veriləcək. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək. Bu oyun isə Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.