
“Neftçi”dən Polşada növbəti heç-heçə
- 22 İyl 2025 17:00
- 57
Təlim-məşq toplanışını Polşada davam etdirən "Neftçi" növbəti yoxlama matçında bərabərə qalıb.
Rekord.az xəbər verir ki, Bakı klubu yerli "Termalika" komandası ilə heç-heçə edib.
“Sportovi novini” stadionunda baş tutan qarşılaşmada tərəflər hərəyə 2 dəfə fərqləniblər.
"Ağ-qaralar"ın qollarını Freddi Varqas və Bassala Sambou vurublar.
Samir Abasovun baş məşqçisi olduğu kollektiv toplanış çərçivəsindəki ilk görüşdə "Hapoel" (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb - 1:1. "Neftçi" növbəti yoxlama görüşlərini Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.