"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov komandanı ruhlandıran addım atıb. 

 

Rekord.az xəbər verir ki, o, "Neftçi" üzərindəki qələbənin (2:1) mükafatını iki dəfə artırıb.

 

Məbləği 30 min manatdan 60 minə qaldıran Axundovun jesti futbolçuların sevincinə səbəb olub. Belə ki, əsas heyət üzvlərinin hər biri 2500 manat irəli düşüb. Şura sədri "Səbail"lə qolsuz bitən qarşılaşmaya da mükafat ayırıb. Bu isə 1000 manat təşkil edib. (sporinfo.az)