“Neftçi SOCAR” Bordoda mübarizəni dayandırdı
- 22:50
- 37
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Bordo mərhələsində mübarizəni başa vurub.
Rekord.az xəbər verir ki. "ağ-qaralar" 1/4 finalda İspaniya millisi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 13:12.
Xatırladaq ki, "Neftçi SOCAR" qrup mərhələsində İtaliya yığmasına (16:18) uduzsa da, Çilini məğlub etmişdi - 21:17.