“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
- 13:30
- 32
Sabah Misli Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” matçına artıq 6000 bilet satılıb.
Rekord.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, satışı davam edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək mümkündür. Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
Bundan əlavə, matçdan əvvəl “Neftçi” azarkeşləri üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.
“Neftçi” klubu bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün azarkeşlərə “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlməyi tövsiyə edir.