"...I Liqanın çempionu biz olacağıq" - MÜSAHİBƏ
- 14:00
- 68
"Səbail"in futbolçusu Kənan Quliyev Rekord.az-a müsahibə verib:
- Bgünkü oyunu necə qiymətləndirirsiniz?
- Bugünkü oyunu yaxşı qiymətləndirirəm. Biz xarakter nümayiş etdirdik. Əsas vaxtda qalib gələ bilməsək də penaltilər seriyasında təəssüf ki məğlub olduq. Bütün komanda yoldaşlarıma və azarkeşlərimizə təşəkkür edirəm. Bugünkü oyunla sübut etdik ki biz Birinci Liqanın komandası deyilik və yerimiz Premyer Liqadadır.
- Hesabda iki dəfə geridə idiniz. Hesabı bərabərləşdirəcəyinizə və oyunun gedişatını dəyişəcəyinizə inanırdınızmı?
Əlbəttə! Biz yalnız qələbə üçün oynayırdıq və başqa nəticə bizim üçün qəbuledilməz idi. Nəticəyə baxmayaraq bu oyun bizə əlavə inam verdi. Əminik ki, I Liqanın çempionu biz olacağıq.
- Penaltilər seriyasında Renato zərbəyə yaxınlaşarkən Mehtiyə tələsməməsini qışqırdınız çünki Renato onun tullanmasını gözləyəcəkdi. Penaltilər seriyasına hazırlaşmışdınızmı?
- Komanda yoldaşlarım Renatonu yaxşı tanıdıqlarını dedilər. Mən bu məlumatı Mehtiyə çatdırdım və o da zərbəni dəf etdi.
- Mövsüm üçün əsas hədəfiniz nədir?
- Daha əvvəl də dediyim kimi yeganə hədəfimiz çempionluqdur. Başqa məqsədimiz ola bilməz.