Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün Super Liqanın 2-ci turu çərçivəsində iki görüş keçirilib.

İlk olaraq FHN-in idman zalında "Xilasedici" və "AZERRAIL" klubları üz-üzə gəliblər. Oyun meydan sahiblərinin quru hesablı qələbəsi ilə yekunlaşıb.

Günün növbəti qarşılaşmasında "Ordu" klubu "Neftçi"ni qəbul edib. GİN-in Voleybol Mərkəzində təşkil olunan bu matçda "Orru" 3:0 hesablı qələbəyə sevinib.


Super Liqa

28 oktyabr

II tur

   "Xilasedici" – "AZERRAIL" 3:0 (26:24, 25:21, 25:20)

   "Ordu" - "Neftçi" 3:0 (25:22, 25:13, 25:20)