"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ikinci matçını keçirəcək.


Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisi Bosniya və Herseqovinanın "Buba Mara" komandası ilə üz-üzə gələcək.


Qarşılaşma Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da, saat 17:30-da start götürəcək.


Görüşü İqor Yaçevic (Latvia), Viktor Çaix (Fransa) və Daniele Dadamodan (San Marino) ibarət hakimlər briqadası idarə edəcək. Matçın "timekeeper"i Dominik Lorke (Polşa), hakim-inspektoru Sven Eyxler (Almaniya), UEFA nümayəndəsi isə Marina Kirilyuk (Ukrayna) olacaq.


Qeyd edək ki, "Araz-Naxçıvan" yer aldığı V qrupda keçirdiyi ilk matçda Macarıstan təmsilçisi "Uypeşt"i 5:4 hesabı ilə məğlub edib. Komanda qrupdakı son matçını oktyabrın 30-da Polşa təmsilçisi "Piast"a qarşı keçirəcək.