"Gəncə" FIBA Avropa Kubokunda üçüncü oyununa çıxacaq
- 12:30
- 34
"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunda bu gün üçüncü oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, Murad Dikmənin baş məşqçisi olduğu komanda IV turda Portuqaliyanın "Sportinq" klubunu qəbul edəcək.
Qarşılaşma Gəncə İdman Sarayında, saat 19:00-da start götürəcək.
Xatırladaq ki, "Gəncə" yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və Türkiyənin "Esenler Erokspor" klubuna uduzub - 63:92. Komandanın III turda "Rilski Sportist" (Bolqarıstan) ilə qarşılaşması təxirə salınıb.