"Sumqayıt"ın bu yay transfer etdiyi portuqaliyalı qapıçısı Xaymes Almeyda mövsüm öncəsi məşqdə çiynindən ciddi zədə alaraq sıradan çıxdı.

Rekord.az xəbər verir ki, əlcək sahibinin qolu hazırda gipsdən çıxarılıb və normal hərəkət edə bilir.

Lakin futbola dönüşü 2027-ci ildən tez olmayacaq. Təsadüfi deyil ki, "Sumqayıt" da onun adını PFL-in sifariş ərizəsinə daxil etməyib. Legioner limiti ilə bağlı sifarişin də dolduğunu nəzərə alsaq bu, o anlama gəlir ki, portuqaliyalı qapıçı mövsümün sonuna kimi "Sumqayıt"a kömək etməyəcək. Lakin zədəsini "Sumqayıt"ın məşqində aldığı üçün müqavilədə nəzərdə tutulan maaşını da almağa davam edəcək.