Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
- 19:20
- 35
Dakar-2026 Yeniyetmələrin 4-cü Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək Azərbaycanın komandasının bayraqdarları müəyyənləşib.
Bu barədə Rekord.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
Oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyacaq.
Qeyd edək ki, Süleyman İsmayılzadə 3-cü MDB Oyunlarının qalibi, 6-cı İslam Həmrəyliyi Oyunlarının isə bürünc mükafatçısıdır. Məryəm Cavadova isə 6-cı İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır.