Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə güləş üzrə "Gəncə Kuboku" keçirilib.


Rekord.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan turnir komanda yarışından ibarət olub.


İlk dəfə keçirilən "Gəncə Kuboku"nda 8 komanda çıxış edib. U-15 yaş qrupu üzrə təşkil edilən yarışda "Sumqayıt" güləşçiləri kuboka sahib çıxıb. "Gəncə-1" komandası 2-ci, "Lənkəran" kollektivi isə 3-cü yeri tutub.


Turnirin keçirilməsində məqsəd yeniyetmə idmançılar arasında rəqabət mühitini gücləndirmək, bölgələrdə güləşin inkişafına dəstək vermək, idmançıların yarış təcrübəsini artırmaq və perspektivli güləşçilərin üzə çıxarılmasına şərait yaratmaq olub.