Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.


Rekord.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, Azərbaycan idmançılarının ilk rəqibləri müəyyənləşib.


Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 12 cüdoçu ilə (8 kişi, 4 qadın) təmsil olunacaq. Turnirdə 59 ölkədən 374 idmançı (221 kişi, 153 qadın) mübarizə aparacaq.


Oktyabrın 29–31-də keçiriləcək Əbu-Dabi "Böyük Dəbilqə"sində ilk yarış günü təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final bloku isə saat 18:00-da start götürəcək.


Qadınlar


48 kq, 1/8 final


Könül Əliyeva – Ulbusin Xakimova (Özbəkistan)


52 kq, 1/16 final


Gültac Məmmədəliyeva – Karina Yefimova (Rusiya)


70 kq, 1/16 final


Südabə Ağayeva – Nensi Nquyen (ABŞ)


+78 kq, 1/8 final


Madina Kaisinova – İrisxon Kurbanbayeva (Özbəkistan)


Kişilər


60 kq, 1/8 final


Balabəy Ağayev – David Ştarkel (Sloveniya) / Nikita Anisimov (Rusiya) cütünün qalibi


66 kq, 1/16 final


Rəşad Yelkiyev – Erbol Abasbekov (Qırğızıstan)


66 kq, 1/8 final


Ruslan Paşayev – German Kobets (Rusiya) / Tom Simxayev (İsrail) cütünün qalibi


73 kq, 1/16 final


Kamran Süleymanov – Zamoxşari Bekmurodov (Özbəkistan) / Xristos Dimitriadi (Kipr) cütünün qalibi


Hidayət Heydərov – Baysanqur Baqayev (Serbiya) / Lusian Bors Dumitresku (Rumıniya) cütünün qalibi


90 kq, 1/16 final


Elcan Hacıyev – Yosip Buliç (Xorvatiya)


+100 kq, 1/8 final


Uşanqi Kokauri – Şərifcon Nazriyev (Tacikistan) / Yakiv Xammo (Ukrayna) cütünün qalibi


Camal Qamzatxanov – Saba İnaneişvili (Gürcüstan) / Andre Umberto (Braziliya) cütünün qalibi