“Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzdu
- 18:20
- 37
"Qarabağ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında məğlub olub.
Rekord.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kolllektiv Xorvatiya təmsilçisi "Dinamo"nun müvafiq yaş qrupundan ibarət komandasına uduzub.
2-ci təsnifat mərhələsinin "Azərsun Arena"da baş tutan oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
"Qarabağ"ın futbolçusu Viktor Ani Çidioke 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Rəqibin heyətində Yona Benkotiç 54-cü dəqiqədə penaltidən yararlana bilməsə də, 67-ci dəqiqədə tarazlığı bərpa edib. 90-cı dəqiqədə isə Roko Ban Zaqreb təmsilçisinin qələbə qolunu vurub.