Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq.


Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.


Yarışda 16 klub və idman cəmiyyətindən 88 cüdoçu qüvvəsini sınayacaq.


Turnirin keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.