
“Neftçi” növbəti transferini açıqladı
- 15 İyl 2025 19:00
- 54
“Neftçi” növbəti keçidini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Venesuela milli komandasının yarımmüdafiəçisi Freddi Varqas artıq “Neftçi” ailəsinin üzvüdür.
26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülüb.
Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. O, Venesuela milli komandasında 3 oyun keçirib.