“Neftçi” klubu Lüksemburq millisinin futbolçusu Alessio Kurçini transfer edib.


Rekord.az xəbər verir ki, 23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.


Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, millinin heyətində 15 oyun keçirib, 1 qol vurub.