
“Neftçi” Luis Ortisi transfer etdi
- 26 İyn 2025 20:44
- 45
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq “Neftçi” ailəsinin üzvüdür.
25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.
Bunadək yalnız vətənində çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur. O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.