"Qarabağ" futbolçuları "Napoli" (İtaliya) ilə matçda cəsarətli oyun göstəriblər.


Rekord.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Napoli"yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.


Mütəxəssis səfər matçındakı məğlubiyyəti şərh edib:


"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Oyundan razı qaldım. Baxmayaraq ki, məğlub olduq. Futbolçularım çəkinmədən sona qədər mübarizə apardılar. Futbolçularımız cəsarətli oyun göstərdilər. Bu cür davam etməliyik. Dünən də qeyd etdiyim kimi, hər matçdan həzz almağa çalışırıq".


Qurbanov meydanı tərk etmək məcburiyyətində qalan Kevin Medinanın əvəzlənməsindən danışıb:


"Bu cür gərgin matçlarda planlaşdırılmamış əvəzetmələr bəzən qarşılaşmanın taleyinə təsir göstərə bilir. O, sona qədər meydanda qalsaydı ,bəlkə futbolçular daha inamlı olardılar. Demək ki, bu gün qalibiyyət "Napoli"nin olmalı idi".


"Napoli" - "Qarabağ" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.