Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək.


Rekord.az xəbər verir ki, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək.


Qarşılaşma Bakı Kristal Zalında, saat 18:00-da start götürəcək.


Bundan əlavə, B, C, D, E və F Divizionlarının da qalibi bəlli olacaq.


Final görüşlərinin hamısı Bakı Kristal Zalında təşkil ediləcək.


A Divizionu


Final


18:00. Çexiya - İspaniya


B Divizionu


Final


15:00. Portuqaliya - Zambiya (33-cü yer uğrunda)


C Divizionu


Final


13:30. Tunis - Belarus (65-ci yer uğrunda)


D Divizionu


Final


12:00. Kanada - Tacikistan (97-ci yer uğrunda)


E Divizionu


Final


10:30. Mərkəzi Afrika Respublikası - Banqladeş (129-cu yer uğrunda)


F Divizionu


Final


09:00. Yeni Zelandiya - Efiopiya (161-ci yer uğrunda)


Xatırladaq ki, Çexiya - İspaniya oyunundan sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.