
“Napoli”dən növbəti transfer
- 17 İyl 2025 19:00
- 38
İtaliyanın "Napoli" klubu PSV-dən (Niderland) Noa Lanqı transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
"Transfermarkt" portalı müqaviləni 25 milyon avro qiymətləndirib.
Lanq 2023-cü ilin yayından PSV-də çıxış edirdi. Müdafiəçi 2024/2025 mövsümündə Niderland klubunda meydana çıxdığı 44 oyunda 14 qol və 12 məhsuldar ötürmə müəllifi olub.