"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 7-ci turunda "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:


"Oyuna yaxşı hazirlaşmışdıq. İstəyirdik qələbə qazanaq  və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıraq. Təəssüf ki, yenə öz səhvlərimizdən qollar buraxdıq. Halbuki hesabı bərabərləşdirmək, hətta qələbə qolunu vurmaq üçün imkanlarımız oldu. 


Qarşıda "Sumqayıt"la oyunumuz var. Hücum fazasında bir qədər dəqiq oynamalı, müdafiədə səhvlərimizi azaltmalıyıq".