Portuqaliyalı mütəxəssis Karluş Keyruş Oman millisini çalışdıracaq.


Rekord.az xəbər verir ki, bu barədə Oman Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Müqavilənin təfərrüatları açıqlanmayıb.


Hazırda Oman millisi dünya futbol reytinqində 79-cu yerdədir.


Keçmişdə Keyruş bir sıra klublar və milli komandalarla, o cümlədən Portuqaliya yığması və “Real”da çalışıb. Onun son iş yeri Qətər millisi olub.


Keyruş Oman millisində yerli mütəxəssis Rəşid Cabiri əvəzləyib.