
Millimizin üzvü “Fənərbağça”da
- 15:15
- 43
Qadınlardan ibarət Azərbaycan milli komandasının yarımmüdafiəçisi Peritan Bozdağ Türkiyədə klubunu dəyişib.
Rekord.az xəbər verir ki, 26 yaşlı futbolçu “Fənərbağça”ya transfer olunub.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
2021-ci ildən Azərbaycan yığmasında forma geyən Peritan Bozdağın son klubu "Fatih Vatan Spor" olub. Daha əvvəl isə o, “Konak Belediyespor”, “Hakkarigücü Spor” və “Altay”da çıxış edib.