Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov üçün 2023/2024 mövsümü başa çatıb.

Rekord.az xəbər verir ki, Berlin təmsilçisi “Dinamo”nun formasını geyinən hücumçu cari mövsümün qalan heç bir oyununda iştirak edə bilməyəcək.

Məşq zamanı zədələnən 32 yaşlı forvardın mayda sıraya dönməsi gözlənilirdi. Lakin sağalma prosesi zəif getdiyindən, onun yay təlim-məşq toplanışında kollektivə qoşulacağı bildirilib.

Cari mövsüm Almaniya Regional Liqasında 14 qol vuran Rüfət Dadaşov “Dinamo”nun ən məhsuldar futbolçusudur.