Millimiz Gürcüstan yığmasına məğlub oldu
- 15:20
- 20
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışı çərçivəsində növbəti beynəlxalq yoldaşlıq oyununu keçirib.
Rekord.az xəbər verir ki, “Dalğa Arena”nın 1-ci məşq meydançasında Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandalar arasında oktyabrın 8-də keçirilən ilk yoldaşlıq görüşü Gürcüstan yığmasının 5:3 hesablı qələbəsi ilə başa çatıb.