Millimiz dünya çempionatına heç-heçə ilə başladı
- 19:15
- 31
Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatında ilk matçına çıxıb.
Rekord.az xəbər verir ki, yığma komanda Rumıniya ilə qarşılaşıb.
Görüş 3:3 hesabı ilə başa çatıb. Azərbaycan millisinin heyətində Xəzər Ağalızadə (3), Nihad Ağayev (35) və Fərid Abbasov (39) fərqləniblər.
Bu gün startı verilən yarış oktyabrın 16-na qədər Xorvatiyada təşkil olunacaq.