Millimiz “Antalyaspor” üzərində ikinci qələbəsini qazandı
- 16:20
- 39
Qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyunu keçirib.
Rekord.az xəbər verir ki, millimiz “Antalyaspor”un qadın komandası ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.
Komandamızın heyətində 20-ci dəqiqədə Nigar Mirzalıyeva, 70-ci dəqiqədə isə Kristina Bakarandze fərqləniblər.