İngiltərənin "Bornmut" klubu "Milan"ın (İtaliya) futbolçusu Aleks Ximenesi icarəyə götürüb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Futbolçu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.


2023-cü ildən İtaliya klubunda forma geyinən 20 yaşlı futbolçu komandanın heyətində bütün yarışlarda 34 oyun keçirib.