
“Milan” Modriçin keçidini rəsmən açıqladı
- 00:24
- 33
"Milan" "Real"dan ayrılan Luka Modriçin transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
39 yaşlı xorvatiyalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. O, İtaliya klubuna azad agent statusunda keçib.
Modriç 2012-ci ildən bu aya qədər "Real"da çıxış edirdi. O, başa çatan mövsümdə 63 oyuna çıxaraq 4 qol vurub və 9 qolun ötürməsini edib.