
Messidən dubl, “İnter Mayami”dən darmadağın
- 17:00
- 43
"İnter Mayami" MLS-in 24-cü turunda "Nyu York Red Bullz" ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, oyun Harrisonda "Red Bull Arena"da keçirilib.
Görüşdə "İnter Mayami" 5:1 hesablı qələbə qazanıb. "İnter Mayami"nin heyətində Jordi Alba bir qol vurubsa, Telasko Seqoviya və Lionel Messi dubla imza atıblar. "Nyu York Red Bullz"dan isə yalnız Aleksander Hak fərqləib.
"İnter Mayami" son yeddi matçında altıncı qələbəsini qazanıb. Hazırda komanda turnir cədvəlində 41 xalla 5-cidir.