PSJ-nin və İtaliya millisinin sabiq futbolçusu Marko Verratti karyerasına başladığı klubun ortaq sahibi olub.


Rekord.az xəbər verir ki, italiyalı futbolçu “Peskara” klubunun səhmlərinin 50 faizini alıb.


Verratti və klub bütün hüquqi detalları mövsüm başlamazdan əvvəl həll edəcək. “Peskara” tezliklə yeni sahibini rəsmən elan edəcək. Onun direktorlar şurasındakı nümayəndəliyi qəbul edərək, klub rəhbərliyinə keçəcəyi də bildirilir.


Verratti Peskarada anadan olub. O, 2005-2009-cu illərdə eyniadlı klubun akademiyasında çıxış edib və daha sonra əsas komandaya keçib.


“Peskara” növbəti mövsümdə İtaliya futbolunun ikinci güclü divizionu olan B Seriyasında çıxış edəcək. Verrattinin özü bu yaxınlarda Qətərin “Əl-Duhail” klubuna keçib.