“Mançester Siti” futbol üzrə İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün qalibi olub.

Rekord.az xəbər verir ki, bu, Premyer Liqanın 36-cı turu çərçivəsində baş tutan “Mançester Yunayted” - “Lester Siti” matçından sonra rəsmiləşib.

Turnir cədvəlində ikinci pillədə qərarlaşmış “qırmızı şeytanlar” ev oyunundan 1:2 hesabı ilə məğlubiyyətlə ayrılıblar. Nəticədə “Mançester Yunayted”in qalan turlarda lider “Mançester Siti”yə çata bilməyəcəyi dəqiqləşib. Hazırda MS 80 xalla liderdirsə, MY 70 xalla ikinci pillədədir. Beləcə, sona üç tur qalmış Xosep Qvardiolanın çalışdırdığı “şəhərlilər”in çempionluğu rəsmiləşib.

“Mançester Siti” beşinci dəfə İngiltərə çempionu olub. 2016-cı ildən komandanın baş məşqçisi işləyən Qvardiola isə “Mançester Siti”ni üçüncü dəfədir çempion edir. Daha əvvəl Mançester klubu ispan mütəxəssisin rəhbərliyi altında 2017/18 və 2018/19 mövsümlərində bütün rəqiblərindən güclü olmuşdu. Ötən mövsüm isə çempionluq titulunu “Liverpul” qazanmışdı.