
“Mançester Siti” futbolçusunu İtaliya klubuna satdı
- 17:20
- 42
“Mançester Siti” yarımmüdafiəçi Maksimo Peroneni “Komo”ya satıb.
Rekord.az xəbər verir ki, argentinalı futbolçu yeni klubu ilə müddəti 2029-cu ilə qədər olan müqavilə imzalayıb.
Transferin dəyərinin 13 milyon avro olduğu bildirilir.
22 yaşlı Perone son mövsümdə “Komo”da icarə əsasında çıxış edib. O, A Seriyasında 26 oyunda meydana çıxaraq, 3 məhsuldar ötürmə ilə yadda qalıb.