Polşa çempionatında 3-cü turun təxirə salınmış oyunu keçirilib.


Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” doğma meydanda “Zaqlenbe” ilə qarşılaşıb.


Oyun meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.


Oyuna start heyətində başlayan Mahir Emreli sona qədər meydanda olub.


8 oyundan sonra 3 xalı olan “Rakov” hazırda 18 komanda arasında sonuncu yeri tutur.