İki futbolçuya üç oyunluq cəza
- 16:20
- 38
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci liqanın 3-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zəngəzur”– “Marafon” oyununda “Zəngəzur” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zəngəzur” komandası 70 manat cərimə edilib.
“Zəngəzur”– “Marafon” oyununun 40-cı dəqiqəsində “Zəngəzur” komandasının 17 nömrəli futbolçusu Nurlan Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Zəngəzur” komandası 50 manat cərimə edilib.
“Zəngəzur”– “Marafon” oyununun 82-ci dəqiqəsində “Zəngəzur” komandasının analitiki Kamran Nəcəfzadə hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Zəngəzur” komandası 500 manat cərimə edilib.
“Zəngəzur”– “Marafon” oyununun 90+1-ci dəqiqəsində “Zəngəzur” komandasının 18 nömrəli futbolçusu İsmayıl İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Zəngəzur” komandası 800 manat cərimə edilib.
“Zəngəzur”– “Marafon” oyununda “Marafon” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Marafon” komandası 70 manat cərimə edilib.
“Zəngəzur”– “Marafon” oyununun 67-ci dəqiqəsində “Marafon” komandasının 14 nömrəli futbolçusu İlqar Ələkbərov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Marafon” komandası 800 manat cərimə edilib.
“Şəki”– “Qaradağ Lökbatan” oyunu təhlükəsizlik nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə “Şəki” komandası 200 manat cərimə edilib.
“Şəmkir”– “Kür-Araz” oyununun matçöncəsi iclasında meydan sahibi komandanın nümayəndəsi olmadığına görə “Şəmkir” komandası 150 manat cərimə edilib.
“Şəmkir”– “Kür-Araz” oyununda “Şəmkir” komandasının həkimi olmadığına görə “Şəmkir” komandası 100 manat cərimə edilib.
“Şəmkir”– “Kür-Araz” oyununda “Kür-Araz” komandasının həkimi olmadığına görə “Kür-Araz” komandası 100 manat cərimə edilib.
“Şirvan”– “Hypers” oyununda “Şirvan” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilib.