Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsində
- 15 Sen 2026 14:20
- 185
Cüdo üzrə Azərbaycan millisinin üzvləri Slovakiyanın paytaxtı Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar.
Rekord.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən düşərgədə idmançılarımız müxtəlif ölkələrin tatami ustaları ilə birgə məşqlər keçirlər.
Sentyabrın 18-də başa çatacaq təlim düşərgəsi oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.