AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda 1-ci liqanın 2-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Şahdağ Qusar”– “Karvan-Yevlax” oyununda “Şahdağ Qusar” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilib.


“Şahdağ Qusar”– “Karvan-Yevlax” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şahdağ Qusar” komandası 750 manat cərimə edilib.


“Şahdağ Qusar”– “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 210 manat cərimə edilib.


“Zaqatala”– “Baku Sportinq” oyununda “Zaqatala” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilib.


“Zaqatala”– “Baku Sportinq” oyunundan əvvəl “Zaqatala” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Zaqatala” komandası 450 manat cərimə edilib.


“Zaqatala”– “Baku Sportinq” oyunu “Zaqatala” komandasının futbolçularının formasında problem olması səbəbindən gec başladığı üçün “Zaqatala” komandası 450 manat cərimə edilib.


“Səbail”– “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilib.


“Gəncəbasar”– “Xankəndi” oyununda “Gəncəbasar” komandasının 7 futbolçusu sarı vərəqə aldığı üçün “Gəncəbasar” komandası 210 manat cərimə edilib.


“Gəncəbasar”– “Xankəndi” oyunundan əvvəl “Gəncəbasar” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Gəncəbasar” komandası 450 manat cərimə edilib.


“Gəncəbasar”– “Xankəndi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Gəncəbasar” komandası 750 manat cərimə edilib.


“Gəncəbasar”– “Xankəndi” oyununda “A buraxılışı” olmayan şəxslər texniki zonada olduğuna görə “Gəncəbasar” komandası 300 manat cərimə edilib.


“Gəncəbasar”– “Xankəndi” oyununda “Xankəndi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilib.


MOİK – “Şimal” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilib.