İsrail çempionatında 4-cü turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin formasını geyindiyi “Kiryat Şimona” evdə “Makkabi” (Hayfa) ilə üz-üzə gəlib.


Qarşılaşma meydan sahiblərinin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.


Rüfət matça start heyətində başlayıb və 69-cu dəqiqədə əvəzlənib.


Bu nəticədən sonra Rüfətin komandası turnir cədvəlində 3 xalla 11-ci pillədə qərarlaşıb.