Ağsuda futbol üzrə rayon turniri
- 11:43
- 36
Ağsu rayon N.Vahidov adına Çiyni kənd stadionunda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun və "Ağsu-06 Futbol Klubu"nun birgə təşkilatçılığı ilə baş tutan həvəskar komandalar arasında futbol üzrə Ağsu rayon turnirinin final oyunu keçirilib.
Rekord.az xəbər verir ki, final oyunundan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və oyuna start verildi.
Gərgin idman mübarizəsi şəraitində keçən oyun Növcü kənd komandasının Ağsu-06 komandası üzərində 3:1 hesablı qələbəsi ilə yekunlaşdı.
Sonda mükafatçılar təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırıldı.