AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni təyinatlar olub.


Rekord.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.


Bildirilir ki, qurumun struktur dəyişiklikləri çərçivəsində şöbənin rəhbərliyinə və mətbuat xidmətinə yeni kadrlar cəlb edilib. Təyinatlara əsasən, Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini Murad Axundov icra edəcək. AFFA-nın yeni mətbuat katibi vəzifəsinə Aida Əliyeva, aşağı yaş qrupları və liqalar üzrə mətbuatla iş üzrə məsul şəxs vəzifəsinə isə Kənan Səfərəliyev təyin olunub.