Qobustanda stolüstü tennis üzrə rayon turniri
- 12:00
- 30
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində “15 Sentyabr-Bilik Günü” münasibətilə stolüstü tennis üzrə məktəblilər arasında Qobustan rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında stolüstü tennis idman növünün kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və respublika miqyaslı yarışlarda iştirak edəcək idmançıların aşkar olunmasıdır.
Turnirin qaliblərinə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.